BAKI, 6 noyabr. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstan rəhbərliyini qadınların təhsil almasına və işləməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin baş katibinin xüsusi nümayəndəsinin müavini və qurumun Əfqanıstandakı humanitar koordinatoru İndriko Ratvatte bildirib.

Onun sözlərinə görə, qadınlara qarşı tətbiq olunan bu siyasət yolverilməzdir və onların cəmiyyət həyatında iştirakına, ölkənin iqtisadi inkişafına töhfə verməsinə mane olur.

“De-fakto hakimiyyətə bu məhdudiyyətləri ləğv etməyə dair müraciətlərimi davam etdirirəm”, - Ratvatte vurğulayıb.