BAKI, 3 noyabr. TELEQRAF
Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində 534 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
***
10:11
Əfqanıstanda baş verən zəlzələ nəticəsində 320-yə yaxın insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir, bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
***
09:33
Əfqanıstanda baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə zamanı 300-dən çox insanın xəsarət aldığı bildirilir.
***
06:25
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ən azı yeddi nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Bildirilir ki, daha 150 nəfər yaralanıb.
***
05:51
Əfqanıstanın şimalında 6,3 maqnitudalı zəlzələ nəticəsində azı dörd nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Balx vilayətinin qubernatorunun nümayəndəsi Hadji Zaidin sözlərinə görə, çoxlu sayda insan xəsarət alıb, Məzari-Şərif şəhərində yerləşən Mavi Məscidə də ziyan dəyib.
ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə əsasən, qurbanların sayı yüzlərlə ola bilər. Zəlzələnin təsiri Tacikistan, Özbəkistan və Türkmənistanda da hiss olunub.