BAKI, 21 oktyabr. TELEQRAF

İsrail hərbçiləri Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həlak olmuş iki girovun qalıqlarını təhvil alıblar.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, qalıqlar yaxın vaxtlarda İsrail ərazisinə gətiriləcək və məhkəmə-tibbi ekspertlər tərəfindən şəxsiyyətin müəyyənləşdirilməsi prosesi aparılacaq.

“Girovlarımızın geri qaytarılması istiqamətində iş fasiləsiz davam edir və sonuncu girov evə dönənə qədər dayanmayacaq,” – deyə hökumət bəyan edib.

Qəzzadan iki israilli girovun cəsəd qalıqları qaytarıldı

İsrail: Girovların geri qaytarılması prosesi davam edir