BAKI, 17 oktyabr. TELEQRAF
İspaniyanın məşhur geyim mağazaları şəbəkəsi "Mango"nun qurucusu İsak Andikin oğlu Conatan Andik atasının ölümü ilə bağlı şübhəli şəxs statusu alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Pais" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə ilə bağlı cinayət işi əvvəlcə bağlansa da, mart ayında ölüm şəraitini araşdırmaq məqsədilə istintaq yenidən başlayıb. Öldüyü vaxt İsak Andikin yanında oğlu Conatanın olduğu bildirilir.
İstintaq Barselonanın Martorel şəhərində məxfi şəraitdə aparılır. Hazırda Conatan Andikə qarşı dəqiq sübutlar yoxdur, lakin polis onun ziddiyyətli ifadələrindən şübhələnir.
Qeyd edək ki, İsak Andik 71 yaşında Barselona əyalətinin dağlıq bölgəsində uçurumdan yıxılaraq ölüb.