BAKI, 13 oktyabr. TELEQRAF

Polşa hazırda Rusiya ilə kiberməkanda müharibə vəziyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çeçkeviç bildirib.

Onun sözlərinə görə, bu artıq sadəcə təhlükə deyil real qarşıdurmadır.

"Rusiya kriptovalyutadan istifadə edərək Avropa İttifaqı (Aİ) ölkələrinə qarşı hibrid hücumları maliyyələşdirir",- Slavomir Çeçkeviç qeyd edib.