BAKI, 13 oktyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Suriyanın paytaxtı Dəməşq ətrafındakı hərbi hədəflərə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələr şəhərin cənub-qərbində yerləşən Masaqin əs-Sabbura mikrorayonu yaxınlığındakı mövqelərə endirilib. Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.