BAKI, 13 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə gözlənilən səfərinin uğurlu keçəcəyinə inandığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

“Bu prosesin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Biz möhtəşəm vaxt keçirəcəyik. Bu, əvvəllər heç baş verməmiş bir hadisə olacaq”, - Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin administrasiyası Qəzzada atəşkəsin elan olunması münasibətilə sammitin 13 oktyabrda Şarm əl-Şeyx şəhərində keçiriləcəyini açıqlamışdı. Tədbirə 20 ölkənin lideri dəvət olunub.

Eyni zamanda, HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanma mərasimində iştirakdan imtina edib. Hərəkatın siyasi büro üzvü Husam Bədran bildirib ki, HƏMAS prosesi Qətər, Misir və Türkiyə vasitəçiləri üzərindən izləyəcək.