BAKI, 4 oktyabr. TELEQRAF

İsrail rəhbərliyi Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatını dayandırmaq göstərişi verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin hərbi radiosu məlumat yayıb.

“Gecə saatlarında vəziyyətin qiymətləndirilməsindən və ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra siyasi rəhbərlik İsrail Müdafiə Qüvvələrinə Qəzzadakı aktivliyi minimuma endirmək və yalnız müdafiə xarakterli hərbi addımlar atmaq tapşırığı verib”, – məlumatda bildirilib.

Radio qeyd edib ki, bu addım faktiki olaraq Qəzza şəhərinin tam ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.