BAKI, 3 oktyabr. TELEQRAF

Hökumətin davam edən bağlanması fonunda işdən çıxarıla biləcək federal işçilərin sayı minlərlə ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.

“Ağ Evin İdarəetmə və Büdcə Ofisi təəssüf ki, bu gün bu mövzunun üzərində işləyir”, - deyə o bildirib.

K.Livit konkret olaraq hansı qurumların bundan təsirlənəcəyini dəqiqləşdirməyib.