BAKI, 3 oktyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Finlandiya ilə sərhəd bölgələrinə yerləşdiriləcək.

Teleqraf xəbər verir ki, bu bardəə Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun iclasında danışıb.

O bildirib ki, sərhəd bölgələrində əvvəllər heç bir hərbi qüvvə yox idi, indi isə ayrıca hərbi dairə yaradılacaq.

Putin həmçinin vurğulayıb ki, Finlandiya və İsveç neytral status üstünlüyünü itirib və Moskva bu ölkələrlə münasibətlərin bərpasına qarşı deyil, lakin “əsas narahatlıq qalır”.