BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Ukraynaya 800 kilometrədək mənzilli raketlərin tədarükünü nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Ukraynaya "Tomahawk" , "Barracuda" və digər, yerüstü və hava bazalı, təxminən 800 kilometrədək mənzilli ABŞ istehsalı raketlərin tədarükünü nəzərdən keçirir.

Məlumatda vurğulanır ki, rəsmi şəxslər hələ hansı silahların göndəriləcəyinə və ümumiyyətlə göndərilib‑göndərilməyəcəyi ilə bağlı yekun qərar verməyiblər.