BAKI, 01 oktyabr. TELEQRAF
Dünya liderlərini İsrailin blokadasını yarmağa çalışan və Qəzzaya yaxınlaşan Qlobal Sumud Flotilyasının təhlükəsizliyini təmin etməyə çağırırıq.
Teleqraf xəbər verir ki, bu barədə “Greenpeace International” beynəlxalq ətraf mühit təşkilatının bəyanatında deyilir.
Təşkilat flotilyanı “həyat xətti və ümid simvolu” adlandırıb, həmçinin beynəlxalq ictimaiyyəti missiyanın könüllülərinin və humanitar yardımın təhlükəsiz keçidini təmin etməyə çağırıb.
“Greenpeace” dünya hökumətlərini Qəzzada soyqırımının və müharibə cinayətlərinin qarşısını almaq öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
“Liderlər üz döndərdiyi zaman insanlar işə qarışırlar”, - təşkilatın bəyanatında deyilir.