BAKI, 9 sentyabr. TELEQRAF

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qətərdə HƏMAS liderlərinə hücumunu pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Mən Qətərin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasını pisləyirəm. Bütün tərəflər uzunmüddətli atəşkəsə nail olmaq üçün çalışmalıdırlar", - baş katib jurnalistlərə açıqlamasında deyib