BAKI, 26 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında görüş Türkiyədə keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri axşam müraciətində bildirib.

O həmçinin görüşün Fars körfəzi və ya Avropa ölkələrindən birində keçirilə biləcəyini əlavə edib.