BAKI, 21 avqust. TELEQRAF

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə zarafatlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.

"Mən ona dedim: Cənab prezident, siz özünüzü yaxşı apardığınız müddətcə, mən heç nə deməyəcəyəm. O isə sadəcə gülümsədi", - siyasətçi bildirib.

Vens qeyd edib ki, bu yolla o, gərginliyi bir qədər azaltmağa nail olub.