BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə telefon danışığından sonra dedi ki, Kreml rəhbəri və Ukrayna lideri Volodimir Zelenski arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
O, görüşün yerinin hələ müəyyənləşdirilmədiyini söyləyib. Bununla belə, Mertsin sözlərinə görə, Putin-Zelenski danışıqlarından sonra Trampın iştirakı ilə üçtərəfli görüş keçiriləcək.