BAKI, 19 avqust. TELEQRAF
Müharibənin başa çatdırılması üçün son iki həftədə əldə olunan irəliləyişlər son üç ildəkindən daha çoxdur.
Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb Ağ Evdə Avropa liderləri ilə Donald Tramp və Volodimir Zelenski arasında çoxtərəfli görüşdə söyləyib.
O, Avropa liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək məqsədilə toplaşmasının simvolik xarakter daşıdığını qeyd edib.
Stabb ölkəsinin Rusiya ilə 1300 km-dən çox sərhədinin olduğunu xatırladıb. O həmçinin Finlandiyanın 1809-cu ildən 1917-ci ilə qədər Rusiya imperiyasının tərkibinə daxil olduğunu diqqətə çatdırıb.