BAKI, 8 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan və Bakı arasında sülh gündəliyinin məsələlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.
Bildirilir ki, dövlət başçıları həmçinin ABŞ-Ermənistan strateji tərəfdaşlığının dərinləşdirilməsi, regional kommunikasiyaların açılması barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekunlarına əsasən tərəflər arasında sənədlər imzalanıb.