BAKI, 1 avqust. TELEQRAF
ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində səmərəli fəaliyyət göstərə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiyskaya Gazeta"da dərc olunan məqaləsində bildirib.
Lavrov deyib ki, ATƏT-in Minsk qrupu tərəflər arasında dialoq yaratmaqda uğursuz olub.
"Qərb ölkələrinin Rusiyaya əməkdaşlıqdan imtina etməsindən sonra qrup öz mənasını itirdi və ATƏT-in Minsk qrupu Qarabağda uğursuz oldu",- o qeyd edib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu ilə münaqişənin sülh yolu ilə həlli üçün 1992-ci ildə təsis edilmişdi.