BAKI, 31 iyul. TELEQRAF
Dəməşqin druzlar icmasına qarşı heç bir təzyiq və ya ayrı-seçkilik planı yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Şibani Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı bildirib.
Onun sözlərinə görə, bu mövzu Suriyada cəmiyyət daxilində parçalanma yaratmaq məqsədilə bəzi qüvvələr tərəfindən istifadə olunur.