BAKI, 29 iyul. TELEQRAF
Türkiyə və Qazaxıstan Prezidenti görüş zamanı strateji əməkdaşlıq, regiondakı vəziyyət, iqtisadi və humanitar sahədə işbirliyinin artırılması müzakirə olunub.
Teleqraf xəbər verir ki, görüşdən sonra Türkiyə-Qazaxıstan Strateji Əməkdaşlıq Şurasının Beşinci İclası keçiriləcək.
Səfər zamanı bir sıra müqavilələrin imzalanması gözlənilir.
17:36
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir.
Teleqraf xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Ankarada rəsmi mərasimlə qarşılayıb.
Prezidentlər arasında təkbətək görüş keçirilir.