BAKI, 25 iyul. TELEQRAF

“Birləşmiş Ştatlar sentyabrda BMT Baş Assambleyasında Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında yazıb.

Amerika rəsmisi bildirib: “Bu düşünülməmiş qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir”.

Yada salaq ki, iyulun 24-də E.Makron BMT Baş Assambleyasının sentyabr sessiyasında Fransanın Fələstin dövlətini tanımaq niyyətini açıqlayıb.