BAKI, 16 iyul. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin Suriyaya endirdiyi hava zərbələri fonunda xalqa müraciət edib.

Teleqraf xəbər verir ki, müraciətdə deyilir:

"Suriyanın cənub-qərbindəki vəziyyət çox ciddidir. İsrail Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri fəaliyyət göstərir, digər qüvvələr də bu işə cəlb olunub. Biz druz qardaşlarımızı xilas etmək və quldur rejim dəstələrini məhv etmək üçün çalışırıq".

O ölkəsinin vətəndaşlarından Suriya sərhəddini keçməməyi xahiş edib:

"Həyatınızı riskə atırsınız. Evlərinizə qayıdın və şərait yaradın İsrail ordusu tədbir görsün".