BAKI, 15 iyul. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov Çinin Prezidenti Si Cinpinlə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.
Qeyd olunur ki, Çin lideri tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdükdən sonra Rusiya nümayəndə heyəti ilə ayrıca danışıqlar aparıb.