BAKI, 12 iyul. TELEQRAF

Ukrayna hakimiyyəti ölkənin düşmən PUA və raketlərini məhv etmək üçün mümkün qədər çox resurs almasını təmin etmək üçün əlindən gələni edir.

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində belə deyib.

Onun sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin tədarükü ilə bağlı yeni “çoxsəviyyəli” saziş üçün addımlar atılır.

“Biz öz istehsalımıza, ilk növbədə, pilotsuz uçuş aparatlarına, dronlara sərmayə qoyuruq ”, - dövlət başçısı bildirib.

O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın zərbələrinə cavab olaraq düşmn ölkənin ərazisinə PUA hücumlarını davam etdirəcək və effektivlik baxımından “asimmetrik” hərəkət edəcək.