BAKI. 12 iyul. TELEQRAF
ABŞ-nin NATO-dakı müttəfiqləri Ukraynaya verilən bütün silahların haqqını ödəyəcək.
Teleqraf xəbər verir ki, bu bəyanatla ABŞ-nin Dövlət katibi Marko Rubio çıxış edib.
"Biz müttəfiqlərimizin Ukraynanı lazımı silahlar, müdafiə sistemləri ilə təmin etməsinə şərait yaratmaq istəyirik, sonra onlar öz ehtiyatlarını bərpa etmək üçün bizimlə ayrıca maliyyə razılaşmaları bağlaya bilərlər", - Rubio deyib.
O əlavə edib ki, Ukraynanın ehtiyac duyduğu bəzi sistemlər avropalı müttəfiqlərdə var.