BAKI, 11 iyul. TELEQRAF
Paris məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən jurnalist Nataşa Reyə bəraət verib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danqlean öz "X" hesabında bildirib.
"Nataşa Rey Briciti və qardaşı Jan-Mişel Tronyeni məğlub etdi, apellyasiya məhkəməsi Bricit və Jan-Mişel Tronyeni dələduzluqda məhkəməyə verməyi planlaşdıran Nataşa Reyə bəraət qazandırdı", - o, yazdı.
2024-cü il sentyabrın 12-də Paris məhkəməsi iki fransız qadını Fransa Prezidenti Makronun həyat yoldaşı Bricitin kişi doğulduğuna dair böhtan xarakterli şayiələr yaydıqlarına görə ümumilikdə 13500 avro məbləğində cərimələyib.