BAKI, 11 iyul. TELEQRAF

ABŞ Təhsil Departamenti Corc Meyson Universitetində işə qəbul zamanı irqi azadlıqlarının pozulması ehtmalı ilə bağlı şikayətindən sonra araşdırmaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Nəşr qeyd edir ki, universitetin bir sıra professor-müəllim heyəti universitetin kadr siyasəti ilə bağlı departamentə şikayət edib. Onlar bildirirlər ki, təhsil müəssisəsi “az təmsil olunan qruplardan olan işçilərə üstünlük verir. Professorların fikrincə, bu cür siyasət onların irqi hüquqlarını pozur.

Pozuntu aşkarlanarsa, Meyson Universitetinin maliyyə itkisi ilə üzləşə biləcəyi vurğulanır.