BAKI, 10 iyul. TELEQRAF
Rusiyaya qarşı mümkün yeni sanksiyaların tətbiqi ilə bağlı son qərarı ABŞ Prezidenti Donald Tramp qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra bildirib.
Onun sözlərinə görə, sanksiyaların tətbiqinin vaxtı və qərarı yalnız Prezidentin səlahiyyətindədir.