BAKI, 10 iyul. TELEQRAF

Rusiya və ABŞ Ukraynadakı müharibənin dayandırılması üçün yeni yanaşmanı müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra bildirib.

"Bu, əvvəlkilərdən fərqli yeni bir yanaşmadır. Mən bu gün bunu ABŞ Prezidentinə təqdim edəcəm", - o qeyd edib.