BAKI, 7 iyul. TELEQRAF

Rusiya Ukraynadan qaytarılacaq 18 uşaqla bağlı siyahı hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Magyar Nemzet" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda siyahı tutulur, ora daxil ediləcək uşaqlardan 10-u Ukraynada, 8-i isə Avropanın müxtəlif ölkələrində yaşayır.

S.Lavrov məsələ ilə bağlı rəsmi Moskvanın gözləntilərini də açıqlayıb: "Biz ümid edirik ki, Ukrayna bu siyahının araşdırılmasına ciddi yanaşacaq və uşaqlar doğma vətənlərinə - Rusiyaya qayıdaraq ailələrinə qovuşacaqlar".