BAKI, 3 iyul. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunun 2022-ci ildə təhsil almaq üçün Böyük Britaniyaya yollanmazdan əvvəl adını dəyişdiyi məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, ölkə rəhbərinin oğlu adını dəyişərək Avi Seqal olub. O, İngiltərədə bu adla universitetə daxil olub və mənzil alıb.
Bildirilir ki, Netanyahunun oğlu müsəlman əhalisinin çox olduğu bölgədə "Netanyahu" soyadı ilə tanınacağından ehtiyat edərək adını dəyişdirib.
Avnerin İsrail şəxsiyyət vəsiqəsindəki adında nənəsinin soyadından istifadə etdiyi vurğulanır.
Qeyd olunur ki, Avner 2023-cü il oktyabrın 7-dən sonra İngiltərədən İsrailə qayıdıb.