BAKI, 27 iyun. TELEQRAF

ABŞ-nin Los-Anceles şəhərində şahzadə Diananın əşyaları və geyim kolleksiyası hərraca çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Times" qəzeti yazır.

Hərraca 327 lot, o cümlədən şahzadənin şəxsi əşyaları, açıqcalar və qeydlər, həmçinin Kraliça II Yelizaveta və Britaniya kral ailəsinin digər üzvləri ilə bağlı əşyalar çıxarılıb.