BAKI, 27 iyun. TELEQRAF
Çeçenistan rəhbəri Ramzan Kadırov memarlıq sahəsində yüksək nailiyyətlərə görə Baş Memarlar Şurasının ən yüksək mükafatı - “Kentavr” fəxri nişanı ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qroznı meriyasının Teleqram kanalında bildirilir.
Vurğulayır ki, R.Kadırov “Kentavr”ı şəhərsalmanın inkişafındakı xüsusi xidmətlərinə görə alıb.