BAKI, 26 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb.
Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, ölkə rəhbərləri Türkiyə ilə Qətər arasında ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Danışıqlar zamanı Ərdoğan Qətərin suverenliyini pozan hər cür hücumu pislədiyini bəyan edib. O, Türkiyənin hər zaman Qətər dövlətinin yanında olacağını bildirib.