BAKI, 24 iyun. TELEQRAF

Bu gün səhər İran İsrailə azı 11 raket atıb.

Teleqraf xəbər verir ki, iyunun 24-də İran 2 saat ərzində yəhudi dövlətinin ərazisinə 11 raket atıb.

İsrail ordusu İran ərazisindən 6-cı raket buraxılışını qeydə aldığını bildirib.

Daha əvvəl "N12" telekanalının verdiyi məlumata görə, ikinci atış zamanı atılan raketlərdən biri İsrailin Beer Şeva şəhərində 7 mərtəbəli yaşayış binasına düşüb. Bu zərbə nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Dağıntılar altında insanların axtarışı hazırda davam edir, qaz sızması ehtimalı ilə bağlı narahatlıqlar var.