BAKI, 24 iyun. TELEQRAF

İsrail ilə İran arasında atəşkəs elan edilib.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın dünən axşam saatlarında iki ölkə arasında elan etdiyi atəşkəs bu gün səhər qüvvəyə minib.

Tərəflərin atəşkəs rejiminə əməl edəcəyi sual altındadır. Trampın dünən axşam saatlarında iki ölkə arasında elan etdiyi atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İran İsrailə yeni raketlər partiyası buraxıb.

Daha öncə ABŞ Prezidenti Donald Tramp İranın Qətərdəki Əl-Udeyd aviabazasına hücumundan sonra İsrail və İran arasında tam və hərtərəfli atəşkəs haqqında razılıq əldə edildiyini açıqlayıb. Ötən gecə saat 2-də elan edilən atəşkəs 08:00-da qüvvəyə minməli idi. Tramp atəşkəsin ilkin olaraq 12 saat davam edəcəyini, bundan sonra isə müharibənin rəsmən bitəcəyini bildirib.