BAKI, 24 iyun. TELEQRAF
Bağdadda hərbi hissələrdən birinə naməlum pilotsuz təyyarə ilə hücum edilib.
Teleqraf xəbər verir ki, bu barədə Bağdadın hərbi əməliyyatlar komandiri Valid əl-Təmimi INA agentliyinə bildirib.
“Mənşəyi naməlum pilotsuz təyyarə Et-Taci hərbi düşərgəsindəki mövqelərdən birinə hücum edib”, - komandir deyib.
Hərbçilərin sözlərinə görə, hərbi obyektin əməkdaşlarına heç bir zərər dəyməyib. Sosial şəbəkələrdə düşərgədə güclü partlayışın görüntüləri yayılıb. Eyni zamanda, qeyri-rəsmi mənbələr Bağdadın şimalındakı Salahəddin əyalətindəki Bələd hərbi hava qüvvələri bazasında yanğın barədə məlumat verməyə başlayıb.