
BAKI, 24 iyun. TELEQRAF
Böyük Britaniya hökuməti İsrail və İran arasında qarşılıqlı raket atışmaları fonunda Təl-Əvivdən 63 vətəndaşını təxliyə edib.
Teleqraf xəbər verir ki, təxliyə reysi ötən gün günorta saatlarında Təl-Əvivin Ben Qurion Hava Limanından havaya qalxaraq, Kiprə enib.
Britaniya Parlamentində çıxışı zamanı Britaniya XİN rəhbəri Devid Lemmi İranı danışıqlara qayıtmağa çağırıb və ABŞ-nin İranın nüvə proqramına zərbələrindən sonra vəziyyətin gərginləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb: “Mənim Tehrana mesajım aydındır. Gərginliyi azaltmaq üçün addım atın, bu vəziyyəti yumşaldın və ABŞ ilə dərhal ciddi şəkildə danışıqlara başlayın. Əmin olun ki, biz öz əməkdaşlarımızı, infrastrukturumuzu və tərəfdaşlarımızın maraqlarını qorumağa hazırıq”.