BAKI, 23 iyun. TELEQRAF

"Amerikanın İrana zərbələrinin məqsədi İslam Respublikasının nüvə proqramını məhv etmək olub".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D.Vens "Fox News" telekanalına müsahibəsində deyib.

Jurnalistin İranda rejim dəyişikliyinin mümkünlüyü ilə bağlı sualını cavablandıran Vens ABŞ-nin missiyasının İranın nüvə obyektlərini və nüvə proqramını məhv etmək olduğunu vurğulayıb .

Vitse-prezident qeyd edib ki, Vaşinqton bütün dünyada “azadlıq döyüşçülərini” dəstəkləsə də, ABŞ-nin İranda məqsədi məhz nüvə obyektlərini məhv etmək olub.

İyunun 24-də Vens bildirib ki, ABŞ-nin həyata keçirdiyi zərbələrdən sonra İran artıq nüvə silahı yarada bilməyəcək.