BAKI, 22 iyun. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbələr endrib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.
"Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar", - Tramp yazıb.
Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumundan sonra deyib ki, sülhün vaxtı çatıb.
"İndi sülh zamanıdır! Bu məsələyə diqqətinizə görə təşəkkür edirik", - dövlət başçısı İslam Respublikasına uğurlu hücumu elan etdikdən sonra "Truth Social"da yazıb.
ABŞ Hərbi Hava Qüvvələri İslam İnqilabından (1979-cu il) sonra ilk dəfə olaraq İranın daxilindəki hədəflərə zərbələr endirib.
Cimmi Karterdən sonra Prezident Donald Tramp birbaşa olaraq Amerika ordusunu İranla açıq münaqişəyə cəlb edən ilk liderdir.