
BAKI, 22 iyun. TELEQRAF
İyunun 13-nə keçən gecədən İraqın hava məkanında mülki aviasiya uçuşlarına tətbiq edilən qadağa daha bir gün uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə İraq hökuməti məlumat yayıb.
Dispetçer xidməti xatırladıb ki, uçuşların ümumi dayandırılması fonunda ölkə hakimiyyəti cənub-şərqindəki Bəsrə şəhərinə uçuşlara icazə verir.