
BAKI, 21 iyun. TELEQRAF
NATO-nun Haaqada keçiriləcək sammitinin təşkilatçıları tədbirin proqramını ixtisar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bu addıma səbəb kimi təşkilatçıların ABŞ Prezidenti Donald Trampı narahat etmək istəməmələri göstərilir.
Nəşrin yazdığına görə, NATO-ya üzv ölkələr arasında fikir ayrılıqları var, lakin bir məsələdə onlar həmrəydirkır: ABŞ prezidentinin məmnunluq səviyyəsini saxlamaq hər şeydən önəmlidir.