
BAKI, 19 iyun. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə İsrailin İranla müharibəsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, V.Putin İranın İsrailin hücumundan sonra öz rəhbərliyi ətrafında “cəmiyyətin konsolidasiyası”na nail olduğunu deyib.
Onun fikrincə, İranın “yeraltı zavodları” “mövcuddur və onlara heç nə olmayıb”.
V.Putin həmçinin bildirib ki, “bütün tərəflərə uyğun bir həll” tapılmalıdır.
O, Rusiyaya “İranın dinc nüvə enerjisi sahəsində maraqlarının təmin edilməsində iştirak etməyi və eyni zamanda İsrailin öz təhlükəsizliyi ilə bağlı narahatlığını aradan qaldırmağı” təklif edib.
Rusiya Prezidenti bu həll yolunu hər iki tərəfə, eləcə də ABŞ-a təklif etdiyini bildirib.
O həmçinin bildirib ki, Rusiya İranda atom elektrik stansiyaları tikən rusların atəşə tutulmayacağına dair İsraillə razılaşıb.