BAKI, 18 iyun. TELEQRAF
İrəvan məhkəməsi iş adamı Samvel Karapetyanı iki ay müddətinə həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə iş adamının vəkili Armen Feroyan məlumat verib.
Qeyd edək ki, Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub. O, özünü təqsirli bilmir.
***
22:06
Erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə başa çatıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə iş adamının vəkili Armen Feroyan məlumat verib.
Onun sözlərinə görə, məhkəmə qərarının nə vaxt açıqlanacağı hələlik bəlli deyil: “Karapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin müzakirəsi üzrə məhkəmə iclası başa çatıb. Müdafiə və ittiham tərəfi isə öz arqumentlərini təqdim edib. Məhkəmə qərar qəbul etmək üçün fasiləyə çıxıb. Yaxın 2-3 saat ərzində qərar veriləcəyini gözləyirik”.
Vəkil qeyd edib ki, Karapetyan məhkəmədə ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.