BAKI, 5 iyun. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Teleqraf xəbər verir ki, telefon söhbəti zamanı Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib.
Ərdoğan isə öz növbəsində Ermənistanın baş nazirini 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin Zirvə Toplantısının Ermənistanda keçirilməsi münasibətilə təbrik edib.
Prezident Ərdoğan bölgədə əhatəli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh dialoqunun əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Ermənistan arasında təmaslardan məmnunluğunu dilə gətirib.
Tərəflər iki ölkə arasında dialoqu davam etdirmək barədə razılığa gəliblər.