BAKI, 3 iyun. TELEQRAF
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev barəsində həbs qərarı verilib.
Teleqraf xəbər verir ki, o, bir sıra cinayətlər törətməkdə təqsirli bilinib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, həmçinin Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.