BAKI, 2 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla təbii qaz sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə onun, Bakıda keçirilən Enerji Həftəsinə göndərdiyi məktubda deyilir.
Ərdoğan qeyd edib ki, Azərbaycan uzun illərdir həm Türkiyəyə, həm də Avropaya mühüm həcmdə təbii qaz ixrac edir və bu, ölkənin enerji bazarındakı strateji rolunu daha da artırır.
“Qarşıdakı dövrdə Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı üçün əməkdaşlığımızı genişləndirmək üçün önəmli bir fürsət var. Bu layihə həm tədarük yollarının şaxələndirilməsinə, həm də regional rifaha töhfə verəcək”, – o vurğulayıb.
Türkiyə Prezidenti həmçinin enerji sahəsindəki son dinamikanı izləməyin vacibliyini bildirib və Enerji Həftəsinin iştirakçılarına uğurlar arzulayıb.