BAKI, 28 may. TELEQRAF
Rusiya Ukrayna tərəfindən qəbul edilmiş bütün diskriminasiyaedici qanunların ləğvini tələb etməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda yeni birbaşa danışıqlar raundu keçiriləcək və Moskva bu məsələnin gündəmdə olmasında israrlıdır.
Lavrov qeyd edib ki, bu tələblər Ukraynada rusdilli əhalinin hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.