BAKI, 26 may. TELEQRAF

İkinci Dünya müharibəsi bəşər tarixinin ən dağıdıcı və faciəli dövrlərindən biri hesab olunur. Bu, dünyada milyonlarla insanın həyatını itirməsinə və bir çox ölkələrin böyük iztirablara məruz qalmasına səbəb olmuşdu.

Teleqraf xəbər verir ki, müharibənin fəsadları təkcə cəbhələrdə deyil, dinc əhali arasında da dərin izlər buraxıb.

Müharibədə ən çox itki verən ölkələr həm hərbi, həm də mülki baxımdan ağır bədəl ödəmişdilər. Müharibədən sonra bu ölkələr ayağa qalxmaq və yaralarını sağaltmaq üçün uzun illər mübarizə aparmalı oldular.

Ən çox itki verən ölkələr üçün rəqəmlər müharibənin nə qədər şiddətli olduğunu göstərir.

Bolqarıstan - 25 min

Avstraliya - 40 min

Kanada – 45 min

Finlandiya - 97 min

Yunanıstan - 300 min

Niderland - 300 min

ABŞ - 418 min

Böyük Britaniya - 450 - 455 min

İtaliya - 457 min

Fransa - 567 min

Macarıstan - 580 min

Rumıniya - 833 min

Yuqoslaviya – 1 milyon

Hindistan - 2.5 milyon

Yaponiya – 3,1 milyon

Polşa - 5,6 milyon

Almaniya - 8,8 milyon

Çin - 20 milyon

SSRİ - 32 milyon

Azərbaycan - O illərdə Sovet İttifaqının tərkibində olan Azərbaycan 300 min insanını itirib.